Polis İdarəsindən silah oğurlayan polis əməkdaşlarının məhkəməsi başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon Polis İdarəsindən silah oğurlamaqda təqsirləndirilən sabiq polis əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə ittiham aktı elan olunub. Təqsirləndirilən şəxslərdən olan Elxan Mustafayev özünü ittihamlarla təqsirli bilməyib. O qeyd edib ki silahın oğurlanmasından və harada saxlanmasından məlumatsız olub.
İttiham aktında bildirilir ki, 2020-ci ilin dekabr ayında Sabunçu rayon Polis İdarəsində "Zəfər K" tapançalarından biri yoxa çıxıb.
Həmin vaxt Bakı şəhər Baş Polis İdarəsitərəfindən Sabunçu rayon Polis İdarəsində aparılan yoxlama zamanı məlum olub ki, silahların sayında əskiklik var. 4 aylıq axtarışlardan sonra 2021-ci ilin aprel ayında Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və idarənin Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev şübhəli şəxs qismində saxlanılıb.
Sabiq polis işçilərinə CM-in 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələrilə ittiham verilib.
Cinayət işinin materiallarında göstrilir ki, polis əməkdaşı Musa Allahverdiyev polis idarəsinin növbətçi hissəsindəki saxlanc yerindən silahı götürüb, dostu Elxan Mustafayevin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə, qandal, dəyənək və s. də olub.
İbtidai istintaqa ifadəsində M. Allahverdiyev deyib ki, pula ehtiyacı olduğu üçün silahı götürüb və onu satmaq istəyib. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından Eş. Mustafayev xəbərsiz olub.
Proses davam edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Azərbaycanda zəlzələ oldu
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı





