Ölkə

Yevlaxda ərə gedən azyaşlı gəlin danışdı: Mənimlə cinsi əlaqədə olarkən...

26 Oktyabr 2021 09:44
11 Şərh     Baxış: 64 681

Yevlax şəhərində 2004-cü il təvəllüdlü Səlim 14 yaşına çatmayan Səidə ilə ailə qurub, onunla cinsi əlaqədə olub.

Milli.Az demokrat.az-a istinadən xəbər verir ki, Səlim 27 sentyabr 2020-ci ildə, gecə saat 01 radələrində yaşadığı Yevlax şəhərində evdə faktiki ər-arvad münasibətlərində yaşadığı 2008-ci il təvəllüdlü Səidə ilə cinsi əlaqədə olub. O, həmin vaxtdan 2 fevral 2021-ci ilə kimi mütəmadi olaraq azyaşlı Səidə ilə cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ondan yaşda kiçik olan Səidə ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıb:

"Lakin mənim və Səidənin azyaşlı olduğuna görə evlənməyimə icazə vermədilər. 26 sentyabr 2020-ci ildə gündüz Səidə ilə görüşdük. Söhbət edərkən Səidə gecə gələrək ailə qurmaq məqsədilə qaçırmağımı dedi. Ona görə həmin gecə Səidəgilin küçəsinə getdim. Səidənin küçəyə çıxmasın gözlədim. Səidə küçəyə çıxdı. Onu öz razılığı evimizə apardım".

Səlim deyib ki, fevralın 27-də yaşadığı evdə könüllü olaraq Səidə ilə cinsi əlaqədə olub: "Səidə ilə cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişəm. Səidə ilə 2 fevral 2021-ci ilə kimi Yevlax şəhərindəki yaşadığımız evdə ər-arvad kimi cinsi əlaqədə olmuşuq. Polis şöbəsində olarkən barəmdə cinayət işi başlanacağı izah edildi. Ona görə Səidə ilə cinsi əlaqədə olmağı dayandırdım".

Səlim ifadəsində göstərib ki, Səidə ilə bir ailə kimi mehriban yaşayır və aralarında heç bir narazılığı yoxdur.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidənin sözlərinə görə, qohumları olan Səlim ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıblar:

"Ancaq azyaşlı olduğuma görə, məni Səlimlə evlənməyə icazə vermədilər. Sentyabrın 26-da Səlimlə gündüz görüşdük. Söhbət edərkən evlənmək qərarına gəldik. Ona görə həmin gecə Səlim bizə gəldi. Anamgil yatdıqdan sonra evdən çıxdım və Səlimlə ailə qurmaq məqsədilə ona qoşularaq qaçdım".

Səidə qeyd edib ki, fevralın 27-də Səlimgilin yaşadığı evdə könüllü olaraq onunla cinsi əlaqədə olub: "Səlim mənimlə cinsi əlaqədə olarkən mənə heç bir zor tətbiq etmədi. Səlimlə 2021-ci ilin fevralın 2-ə kimi Yevlax şəhərində yaşadıqları evdə ər-arvad kimi cinsi əlaqədə olmuşuq".

Səidə deyib ki, Səlimlə ailə kimi bir yerdə mehriban yaşayır və aralarında heç bir narazılıqları yoxdur.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Səlimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

11 Şərh:

  • Anonim
    asi · 26 Oktyabr 10:48115

    Bilmirəm iyrənclikdi, ya dəhşətdi, ya cahillikdi, ya nədi...Nə desən var..Bunlar qaraçılardı, ya yerli əhali??

    Cavab yaz
    • Anonim
      Bu, · 26 Oktyabr 11:43132

      Qızmışlıqdı.

      Cavab yaz
  • Anonim
    55G · 26 Oktyabr 10:5558

    Düzdur qanun icazə vermir azyaşlinin ailə qurmasina ,amma bunlar ailədirlər,aşnasi ,saxladigi və s .deyil ki ........ ailəni niyə dagirdirsiniz.

    Cavab yaz
    • Anonim
      Kül 2sinin də başına · 26 Oktyabr 11:39141

      Onlar nə bilir ailə nədi? Əgər cəza olmasa, bu, adi hala çevrilər. Və başqaları da təkrarlayar. Heç olmasa belə halların qarşısını mümkün qədər almaq lazımdı.

      Cavab yaz
  • Anonim
    Məryəm · 26 Oktyabr 11:2071

    Bu qızın 12 yaşı olub oğlanın da 16 aralarındakı münasibət könüllü olsa da belə bir şey qanunsuzdur.hal hazırda da qızın 13 oğlanın 17 yaşı var . eh eh nə isə...

    Cavab yaz
  • Anonim
    !!! · 26 Oktyabr 17:0642

    14 yaşına çatmayan qızla ,yə'ni uşaqla ailə qurmaq nə deməkdir?Düşünmək belə dəhşətdir. O yaşda uşaq necə dərk edə bilər axı ailə nədir? Mən burda sevgi yox,cismani həzz ugruna qurulmuş ailə görürəm.Uşaqların bilmədiyini də internet öyrədir ətraflı.Vaxtından tez oyanır orqanızmləri.(üzr istəyirəm)Elə oglan da uşaqdır.Hər ikisi də taxtabaş valideynlərinin ağılsızlığına qurban gediblər.Kim deyə bilər ki,onlar bir neçə ildən sonra bir-birindən doyub, sevgiləri bitib ayrila bilməz?(buna sevgi demək mümkündürsə)Nəticədə,iki gənc insan dərin mə'nəvi travmalar almış olacaq.(hələ övladları olsa daha cətin olar)İnşallah bir ömür boyu xoşbəxt,birlikdə yaşayarlar.Sadəcə məndə belə təssürat yaranır ki,qızın valideynləri qizi verib başlarından ediblər.

    Cavab yaz
    • Anonim
      Nə 14? · 26 Oktyabr 20:3430

      14 indidi. O məsələ olanda 12 qızın, 16 oğlanın yaşı olub ((((

      Cavab yaz
  • Anonim
    n_vi · 29 Oktyabr 09:5400

    Söhbətə bax e - Səlim 27 sentyabr 2020-ci ildə, gecə saat 01 radələrində yaşadığı Yevlax şəhərində evdə faktiki ər-arvad münasibətlərində yaşadığı 2008-ci il təvəllüdlü Səidə ilə cinsi əlaqədə olub..... Müharibənin başlanmasını qeyd edirmiş yəqin

    Cavab yaz
    • Anonim
      User · 31 Oktyabr 20:1900

      Boyuklerin baslari qarisib.Bunlarda fursetden istifade edibler.

      Cavab yaz
  • Anonim
    Hələ cox şey olacağ · 30 Oktyabr 16:5810

    İksidə uşağdı .bizə qəribə gəlir yəqinki onlar özlərini yetkin yaşda görüblərdə.eh.

    Cavab yaz
  • Anonim
    anonim · 31 Oktyabr 20:3400

    pərvərdiyara, camaatın başı qaçıb. dünya elmə, texnoloqiyalara yönələndə, bizimkilər ancaq eşq, məhəbbət, cinsi həyat. 13 yaşlı qız nədi, ərə getmək istəyi nədi. onun indi kitab dəftərlə yatlb duran vaxtıdı. niyə biz bi qədər geriliyirik? vallahi Sabirin, Məmmədquluzadınin dövründən indiki zamanın heç bir fərqi yoxdu, insanlarln düşüncəsi dəyişmir ki dəyişmit

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.