Bakıda ŞOK FIRILDAQ - 33 min manatı alıb binaya daxil oldu, arxa qapıdan qaçdı - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda dostuna 33 min manat pul "atmış" şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Naxçıvan MR Naxçıvan şəhər sakini, əvvəllər də dələduzluq əməlinə görə məhkum edilmiş 1968-ci il təvəllüdlü Nemət Həsənov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə açılmış işə baxılarkən maraqlı faktlar üzə çıxıb.
Belə ki, araşdırma zamanı məlum olub ki, Nemət Həsənov daha əvvəl tanıdığı və birgə cəzaçəkmə müəssisəsində olduğu Pərvin adlı şəxsə ucuz qiymətə dollar ala biləcəyini bildirib. 2011-ci ildə azadlığa çıxan və bundan sonra Türkiyə və Rusiyada yaşayan, 2019-cu ildə isə feysbukda mhumluq yoldaşı olan Pərvini taparaq onunla münasibəti bərpa edən Nemət fırıldaqçı niyyətini həyata keçirmək üçün plan qurub. Belə ki, Pərvin avtomobil almaq üçün dollara ehtiyacı olan və manatı xarici valyutaya dəyişdirmək istəyən həmkəndlisi Amili Nemətlə görüşdürüb. Bu zaman N.Həsənov planı həyata keçirib.
Məhkəmədə ifadə verən zərərçəkən Amil Quliyev olayı belə nəql edib:
"Mən Pərvini tanımışam, onunla həmkəndliyəm. Bakıda taksi fəaliyyəti ilə məşğul oluram. 25.09.2020-ci il tarixdə Pərvinə zəng edərək avtomobil almaq istədiyimi, buna görə də Bakı şəhərinə gələcəyimi və 33 min manat pulumun olduğunu bildirdim. Mən turbo.az saytında "Toyota Prado" markalı avtomobil bəyəndiyimi, bununla əlaqədar həmin avtomobilin sahibi ilə danışdığımı dedim. Həmin şəxs ilə avtomobilin qiymətini 20 min ABŞ dollarına razılaşdıq. Həmin şəxs pulu yalnız ABŞ dolları ilə olaraq qəbul edəcəyini bildirdi. 26.09.2020-ci il tarixdə saat təxminən 14:00 radələrində Pərvinlə birgə Bakıya gəldim. Pərvinlə söhbət zamanı mən avtomobilini almaq istədiyim şəxsin pulu ABŞ dolları olaraq qəbul etdiyini, üzərimdə isə 33 min manat pulunun olmasını bildirdim. Bu zaman Pərvin tanıdığı Nemət adlı şəxs vasitəsi ilə 33 min manat pulu ABŞ dollarına çevirə biləcəyini dedi. Biz Nemətlə görüşmək üçün Naxçıvani küçəsində yerləşən 6 saylı binanın qarşısına gəldik. Nemət də həmin yerə yaxınlaşdı. Nemətlə Pərvin avtomobilin yaxınlığında danışdılar, həmin müddətdə mən avtomobildə gözlədi. Bundan sonra onlar maşına mindilər. Pərvin sürücü yerində, Nemət adlı şəxs isə onun yanında oturdu. Pərvin ön sağ oturacağın qarşısında olan sandıqçanı açarla açaraq sellofan torbada olan pulu çıxarıb mənə verdi, mən də pulları sayıb Nemətə uzatdım. Nemət pulu cibinə qoyaraq avtomobildən düşdü. Nemət avtomobildən düşdükdən sonra Pərvin əvvəlcə Nemət adlı şəxs ilə pulu dollara çevirməyə özünün də gedəcəyini dedi.Sonra isə Pərvin mənim Nemətlə getməyimi təklif etdi. Mən avtomobildən düşərək Nemət ilə yanyana Əcəmi Naxçıvani küçəsində yerləşən 6 saylı bina istiqamətində getdim. Nemət ilə bloka çatdıqda o, mənə pulu dollara çevirən qadın hicablı qadın olduğunu, həcixanım olduğunu dedi və tək getməyin düzgün olduğunu bildirərək onu blokda gözləməyimi dedi. Bu zaman mən arxaya çevrildikdə Pərvinin də bina istiqamətində gəldiyini gördüm. Həmin zaman Pərvin həyəcanlı şəkildə Neməti hara buraxdığımı soruşdu. Mən Pərvinə Nemət hicablı qadınla görüşərək pulu dollara çevirəcəyini dedim. Bu zaman mən blokun içərisində daxil olduqda oradan çöl tərəfə yolun olmasını gördüm. Həmin zaman Pərvin Nemətə dəfələrlə zəng etsə də, onun mobil nömrəsi sönülü olduğu üçün cavab vermədi. Bundan sonra Nemət adlı şəxsin məni aldadaraq 33000 manat pulunu ələ keçirməsini başa düşdüm".
Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Nemət Həsənovun ona vurulmuş ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu bildirib.
Dələduzluqda təqsirləndirilən şəxs isə dostu Pərvinlə arasında pul söhbətinin olduğunu, buna görə də Pərvinin ona olan borcu qismində həmin pulu götürdüyünü deyib.
Məhkəmə N.Həsənovun 3 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
XƏBƏR LENTİ
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto)





