Ölkə

Qisasını alan qəhrəman - VİDEO

7 Oktyabr 2021 13:42
0 Şərh     Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gizir Ürfan Məmmədov Suqovuşan uğrunda gedən döyüşdə şəhid olub

44 günlük Zəfər dastanımzın qəhrəmanlarından biri də Qubanın Çartəpə kənd sakini Ürfan Məmmədovdur.

O, hələ dünyaya gəlməmiş, 1994-cü ildə əmisi Mais Məmmədov birinci Qarabağ müharibəsində şəhid olub.

Bu səbəbdən də Ürfanın həmişə bir məqsədi olub - mənfur ermənilərdən qisas almaq. Elə buna görə də hərbi xidmətdən sonra ordu sıralarında qalmaq qərarına gəlib.

Milli.Az Real TV-yə istinadən bildirir ki, nümünəvi xidməti ilə fəqlənən gizir Ürfan Məmmədov dəfələrlə komandanlıq tərəfindən fəxri fərman və medalla təltif edilib. Lakin onun əsl məqsədi düşməndən qisas almaq idi. 27 sentyabrda əks hücüm əmrinin verilməsi Ürfan üçün sanki həyatının ən xoş xəbəri oldu. Ən öndə döyüşə atılan qəhrəman Tərtər rayonun düşmən tapdağında olan ərazilərinin azad olunmasında böyük şücaət göstərib. Torpaqlarımızı mənfur düşməndən azad edən gənc qəhrəman həm də əmisinin qısasını almış oldu. Suqovuşanın azad edilməsi uğrunda gedən ağır savaşda isə Ürfan vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zirvəsinə yüksəlib.

Ürfanın yoxluğu ailəsini üzsə də onun şəhadəti ilə valideynləri və yaxınları qürur duyur. Məmmədovlar ailəsinin daha bir təsəllisi isə odur ki, övladlarının qanı yerdə qalmayıb. Qəhrəman hərbiçilərimizin sayəsində Ürfan və digər şəhidlərimizin qisası alınıb, torpaqlarımız isə azadlığa qovuşub...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.