Ölkə

”Canavar” ləqəbli kəşfiyyatçı - VİDEO

6 Oktyabr 2021 18:18
0 Şərh     Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlkin Ağaquliyev Ağdərə istiqamətində gedən döyüşdə şəhadətə yüksəlib

Milli.Az Real TV-yə istinadən bildirir ki, söhbət 44 günlük Vətən Müharibəsinin tarix yazan qəhrəmanlarından biri, Ağaquliyev İlkin Saməddin oğlundan gedir.

2000-ci ildə Şabran şəhərində dünyaya gələn İlkin, Ağaquliyevlər ailəsinin yeganə övladı olub. Gənc İlkinin vətən sevgisi o qədər güclü olub ki, valideynlərinin təkidinə baxmayaraq, hərbi xidmətdən sonra ordu sıralarında qalıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən İlkin Ağaquliyev qısa müddət ərazində bütün şəxsi heyətin rəğbətini qazanıb.

Vətən Müharibəsinin başlaması İlkin Ağaquliyev üçün sanki illərdir gözlədiyi xəbər idi. Böyük həvəslə döyüşə atılan qəhrəman kəşfiyyatçı Murovdağ zirvəsi və Suqovuşanın azad edilməsində xüsusi şücaət göstərib. Ağdərə istiqamətində gedən ağır döyüşdə isə düşmənin snayper gülləsinə tuş gələn İlkin, şəhadətə yüksəlib.

İlkin Ağaquliyev yaşasaydı okytabrın 4-də 21 yaşı tamam olacaqdı. Lakin o, vətən torpaqlarının azadlığını canından üstün tutdu. Onun şəhadətindən bir ilə yaxın vaxt ötməsinə baxmayaraq hələ nə ailəsi nə də yaxınları İlkinin yoxluğuna inana bilmir.

İndi Ağaquliyevlər ailəsinin tək təsəllisi yeganə övladlarının qısasının yerdə qalmaması və torpaqlarımızın azadlığa qovuşmasıdır. Bu tarixi zəfərdə İlkinin də payının olması isə onları hər zaman qürurlandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.