Ölkə

Suqovuşan sakinləri doğma kəndlərini ziyarət ediblər - VİDEO

4 Oktyabr 2021 16:14
0 Şərh     Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suqovuşan sakinləri işğaldan azad ediləndən sonra ilk dəfə doğma kəndlərinə dönüblər.

Onlar öz təəssüratlarını "Xəzər Xəbər"ə danışıblar.

Milli.Az bildirir ki, 30 ilədək yol gözləyən yurd yerlərimizdən biri Suqovuşandır.

Bu gün Suqovuşan kəndinin işğaldan azad edilməsinin 1 ili tamam olur.

Bədnam ermənilər tərəfindən adı dəyişdirilərək Madagiz qoyulan Suqovuşanın yurddaşları Azərbaycanın ayrı-ayrı bölgələrinə səpələnmişdilər. Sakinlər cənnətməkan ata-baba ocaqlarına həsrət qalmışdılar. Artıq onlar doğma torpaqlarını ziyarət edirlər.

Tərtərdə müvəqqəti məskunlaşan Hümbətovlar ailəsi torpaqlarının ətrini əsən küləklərdən alırdılar. Amma indi onlar doğma torpaqlarının azadlığının sevincini yaşayırlar. 

Onlarla Vətən oğullarının həyatlarını itirdikləri Suqovuşanda bu gün Azərbaycan bayrağı dalğalanır. Suqovuşanın işğaldan azad olunması bir elin yurd haqqına qovuşmasıdırsa, həm də canlarını Vətən torpaqları uğrunda qurban verən Azərbaycan övladlarının düşməndən alınan qisasıdır. 

Doğma kəndlərinin azad edilməsi sevincini yaşayan Suqovuşan sakinləri, indi bu kəndə tez bir zamanda köç etmələrini səbirsizliklə gözləyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.