Ölkə

Sumqayıtda iki azyaşlı uşaq oğurlanıb? - RƏSMİ AÇIQLAMA

25 Sentyabr 2021 10:27
0 Şərh     Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində iki azyaşlının oğurlanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, hadisə Sumqayıtın 4-cü mikrorayonu ərazisində qeydə alınıb. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər iki qardaşı götürüb aparıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əksd etdirmir: "Sumqayıt şəhərində belə bir hadisə olmayıb. Məlumat həqiqətə uyğun deyil, əsassızdır. idaillar yoxlanılıb təsdiqini tapmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.