Ölkə

Bakıda bu ərazidə də metro stansiyası tikiləcək - RƏSMİ

21 Sentyabr 2021 14:34
7 Şərh     Baxış: 10 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metrosunda Bənövşəyi xətt üzrə inşa ediləcək 5-ci yeni stansiyanın yeri müəyyən edilib.

Bu barədə Trend-ə Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.

O bildirib ki, yeni stansiyanın yeri artıq məlumdur: "Yeni stansiya Nizami metrostansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən binanın arxasında, Doğum evinin yanında inşa ediləcək".

Xatırladaq ki, bu gün Bakı metropoiteni paytaxtda sayca 27-ci, Bənövşəyi xətt üzrə isə 4-cü metro stansiyasının tikintisinə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.