Ölkə

Koronavirusa yoluxan gənclərin vəziyyəti daha tez ağırlaşır - İnfeksionist

20 Sentyabr 2021 14:38
0 Şərh     Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son həftələr koronavirusa yoluxan gənc insanların vəziyyətinin daha tez ağırlaşması müşahidə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, hazırda ölkədə koronavirusun "Delta" variantı yayılmaqda davam edir:

"Delta variantına yoluxan zaman gənclərdə yüksək hərarət davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Kompüter tomoqrafiyası (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir."

Qeyd edək ki, son rəsmi statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların 16 faizi 20-29 yaş, 21 faizi isə 30-39 yaş arası gənclərdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.