Şəhid bulağı istifadəyə verilib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubada şəhid gizir Orxan Balayevin xatirəsinə bulaq kompleksi inşa edilib
Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Quba rayonun Alpan kəndində Vətən müharibəsində şəhid olan gizir Balayev Orxan Vidadi oğlunun xatirəsinə bulaq kompleksi inşa edilib. Şəhidin doğulub boya-baş çatdığı evin qarşısında tikilən abidənin bu gün açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, kənd sakinləri və şəhid valideynləri iştirak etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbəndə söz açdılar.
Qeyd edildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəblində yaşayacaq. Mərasimdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndirdi.
Sonda bulaq kompleksinin açılışı oldu və abidə önünə tər güllər düzüldü.
Qeyd edək ki, 23 yaşlı Orxan Balayev 2018-ci ildə hərbi xidməti bitirdikdən sonra 3 aylıq gizirlik kursunu keçərək Yevlax-Aran korpusundakı N-saylı hərbi hissədə həmlə qrupunda xidmətə başlayıb. Vətən müharibəsi başlayan ilk gündən ağır döyüş əməliyyatlarında iştirak edib. Döyüş zamanı qəhrəmanlıq göstərən Orxan düşmənin bir neçə tankının hərbi qənimət kimi ələ keçirilməsində də iştirak edib. Gənc qəhrəman Suqovuşan uğrunda gedən döyüşdə şəhadətə yüksəlib.
Abidə kompleksinin tikintisini yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımdan çox qürurlandıqlarını bildirdilər. Onlar hesab edir ki, bu təşəbbüs canını vətənə fəda edən qəhrəmanlara göstərilən böyük dəyərdir.
Qeyd edək ki, ölümündən sonra şəhid Orxan Balayev Vətən uğründa və Suqovuşanın azad edilməsinə görə medalları ilə təltif edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





