Qubada bir kəndin uşaqları təhsildən kənarda qala bilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubada məktəbliləri daşıyan avtobus marşrutu ləğv edilib. Ona görə də, Quba rayonunun Yalavanc kəndinin uşaqları bu il təhsildən kənarda qalacaqlarından şikayətlənirlər.
Milli.Az XƏZƏR TV-yə istinadən bildirir ki, kəndlərindəki məktəbdə sadəcə ibtidai siniflər təhsil ala bildiyi üçün orta sinif şagirdləri 2019-cu ildən etibarən ən yaxın təhsil müəssisəsinə - Şabran rayonunda yerləşən 2 nömrəli məktəbə gedirdilər.
Kənddən məktəbə qədər məsafə 8 km olduğundan həmin vaxtlar uşaqları məktəbə aparıb-gətirmək üçün Quba Rayon İcra Hakimiyyəti tərəfindən marşrut avtobusu ayrılıb və sürücüyə aylıq 500 manat məbləğində pul ödənilib. Hazırda o marşrut ləğv olunub. İndi valideynlər övladlarının aqibətinin nə olacağını düşünürlər.
Valideynlər bununla bağlı dəfələrlə Quba Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər. Biz də məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra başçısının birinci müavini Tariyel İbrahimov "Xəzər Xəbər"ə bildirib ki, əvvəllər avtobus İcra Hakimiyyətinin vəsaiti hesabına təmin edilə bilirdi. İndi isə belə vəsait olmadığından qeyd olunan məsələ üzrə pul ayırmaq mümkün olmayacaq.
Kənd məktəbinin tipinin 9 illiyə dəyişdirilməsi ilə bağlı məsələyə gəldikdə isə, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev qeyd edib ki, bu məsələ müzakirə olunur və müvafiq sənədlər Təhsil Nazirliyinə göndəriləcək.
Şöbə müdiri bildirib ki, məktəbin tipinin nə vaxt dəyişdirilməsi isə təhsil nazirinin əmrindən asılıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
XƏBƏR LENTİ
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)





