Ana vətənin İsabalası - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ad günü, ad qoyduğu gün qədər əziz olan İsabala Hüseynov
Şəhid olanda İsabalanın cəmi 19 yaşı var idi. Dünən isə onun 20 yaşı tamam oldu.
İsabala Ceyhun oğlu Hüseynov 2001- ci ildə Bakıda doğulub. Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman işləri üzrə 16 nömrəli Peşə Liseyinin tələbəsi olan İsabalanın qismətində şəhidlik də varmış.
Milli.Az Real TV-yə istinadən bildirir ki, ailəsinin dediklərinə görə elə bu istəklə də cəbhəyə yollanıb. Əvvəlcə Gəncə şəhərində N saylı hərbi hisssədə mütləq həqiqi hərbi xidmətdə olan İsabala, İkinci Qarabağ müharibəsi başlayandan döyüşlərə atılıb.
O Cəbrayılın, Füzulinin, Zəngilanın, Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə canı-qanı ilə savaşıb. Müharibənin ən qızğın dövründə vuruşan İsabalaya qələbə xəbərini eşitmək nəsib olmur. Cəmi 4 gün ayırır onu bu qələbə sevincdən.
2020-ci il noyabrın 4-də Laçın istiqamətində gedən döyüşlərdə şəhadətə qovuşan İsabalanın elə son sözü biz ölərik, təki vətən sağolsun sözləri olub.
Qəhrəmanımızın həm də yaxşı əl qabilliyyyəti var imiş. Ağacdan oyma sənəti ilə düzəltdiyi biri-birindən gözəl sənət əsərlərinə baxanda insanın qəlbi dağa dönür. Çünki o əllər adi quru ağaca sanki bir həyat verib. Otağa daxil olanda qəhərlənməyə də bilmirsən, çünki bir zamanlar burda yaşayan qəhrəmanımız indi şəkillərlə bizimlə danışır.
Bütün şəhid valideynləri bir birinə bənzəyir, nə qədər məğrur gösənsələr də, yenə də o gözlərdəki kədər heç vaxt itmir. Elə İsabalanın atası Ceyhun Hüseynov kimi... Birinci Qarabağ müharibəsinin döyüşçüsü olan atanın səsində də bir titrəyiş hiss olunurdu. Çünki dilinə Vətən, və qəhrəman oğlunun adı gəlirdi... Sağlamlığını vətən yolunda qurban verən atanın qürurla deyə biləcəyi bir sözü var: "Oğlum vətən uğrunda bu dünyanın əbədiyyətinə qovuşdu".
Ailənin böyük övladı olan İsabalanın otağındakı paltarları və əşyaları ananın qoxulaya bildiyi, ətrini aldığı qiymətli bir xəzinəyə çevrilib sanki....
Şəhid qanı axmayan torpaqdan vətən olmaz deyirlər, varlığınla qəhrəmanlığınla qürur duyuruq şəhidim. Çünki o torpaqlar bizə sizlərdən əmanət qalıb.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi İsabala Hüseynov ölümündən sonra, prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra, "Vətən uğrunda"medalı ilə təltif edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Brüs Uillisin dili tutuldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
XƏBƏR LENTİ
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib





