Vüqar Səfərli xanımının qəzetinə ayrılan 300 mindən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, V.Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib.
İttihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər obyekt sahiblərinə tam ödənilib: "Tədbirlərdə iştirak edən şəxslərin sayının az olması dəvət olunub iştirak etməyən şəxslərə görə ola bilərdi. Ancaq saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Hər zaman sərfəli təkliflər "Altun" və "Xəmsə" restoranları tərəfindən edildiyindən tədbirlər adıçəkilən restoranlarda tender və satınalma qaydalarına əməl edilməklə təşkil olunub. Həmin məbləğlər üzrə ayrılmış vəsait təyinatı üzrə xərclənib".
KİVDF tərəfindən 2017-2018-ci illərdə 103 min manata yaxın dəftərxana ləvazimatlarının alınması ilə bağlı (dəri çanta, bloknot, kitab təqvim, asma təqvim, stolüstü təqvim, qələm və s.) rəsmiləşmənin saxta olması ittihamlarını da qəbul etməyən V.Səfərli ləvazimatların media nümayəndələrinə paylanıldığını, həmin məbləğin jurnalistlərə xərcləndiyini deyib: "Həmin ləvazimatlar həqiqətən alınıb və müxtəlif mətbuat işçilərinə verilib. Ancaq həmin ləvazimatların paylanılması ilə bağlı rəsmi sənədlər tərtib olunmayıb. Ləvazimatların eyni gündə mühasib tərəfindən qəbul edilib xərcə silinməsi qanun pozuntusudur".
Vüqar Səfərlinin mənimsəmə əməlləri ilə bağlı daha bir şübhəli məqam həyat yoldaşının adına olan "Futbol+Qol" qəzetinə 2015-2019-cu illərdə 300 min manat dövlət dəstəyinin ayrılması olub. O, bu faktla bağlı maliyyə yardımının digər qəzetlərlə ayrıldığı kimi eyni qaydada aparıldığını bildirib: "Həqiqətən qəzetin təsisçisi həyat yoldaşım olub. Həmin qəzet Fond yaradılmamışdan qabaq da fəaliyyət göstərib. Qəzetə ayrılan yardım Fondun tələblərinə uyğun verilib. Qəzet də məbləği öz fəaliyyətinə xərcləyib".
Qeyd edək ki, Vüqar Səfərli dövlətə məxsus 18,5 milyon manatı mənimsəməkdə təqsirli bilinir. Eyni zamanda onun vəzifə saxtakarlığı və cinayət yolu ilə 5,7 milyon manat mənimsədiyinə dair əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsi ödənilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
XƏBƏR LENTİ
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)





