Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və Əlahiddə Ümumqoşun Orduya qədər böyük bir inkişaf yolu keçən Müdafiə Komitəsinin ilk sədri Elman Abbasov təyin edilib. Azərbaycanın həqiqi hərbi xidmət keçirilən ilk milli оrdusunun kоmandiri və Müdafiə Kоmitəsinin sədri olmuş Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşaraq müdafiə gücümüz nizami ordu halını almışdır.
7 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə Abbasov Elman Abbas oğlu "Şücaətə görə" medalı ilə (ölümündən sonra) təltif edilib.
Azərbaycan Respublikasının "Şücaətə görə" medalının təqdim edildiyi tədbirdə Elman Abbasovun oğlu Tural Abbasov və qardaşı Nizami Abbasov iştirak edib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Elman Abbasovun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şücaət göstərdiyinə görə təltif edildiyini diqqətə çatdırıb. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.
"Şücaətə görə" medalı ilə təltif olunan Elman Abbasovun oğlu Tural Abbasov göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.
Sonra "Şücaətə görə" medalı Tural Abbasova təqdim edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
XƏBƏR LENTİ
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb





