Ölkə

Bu gün 69221 vaksin vuruldu

14 Sentyabr 2021 18:40
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69221 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7680427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4530138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3150289 təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.