Ölkə

Qarabağda nə qədər ərazi minalardan təmizlənib? - VİDEO

8 Sentyabr 2021 13:48
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsindən sonra 45 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. Lakin bəzi  ərazilər varki həmin yerlərin relyefi minalardan təmizlənmə əməliyyatlarını çətinləşdirir. Düşmən kanalların ətrafında hər kvadrat metrə 5-6 mina basdırıb.bu arada  qarşıdakı aylarda hava şəraitindən asılı olaraq minaların təmizlənməsi üçün texniki vasitələrə daha çox üstünlük veriləcək. 

İşğaldan azad olunmuş torpaqlarda ümumilikdə 45 milyon kvadrat metrdən çox ərazi minalardan təmizlənib. 

Azərbaycan Minatəmizləmə Agentliyinin maarifləndirmə işləri şöbəsinin müdiri Ramil Əzizov XəzərXəbər-ə bildirib ki, proses işğaldan azad olunan bütün ərazilərdə davam etdirilir.Avqustun 30-dan sentyabrın 4-dək 188 hehkar ərazi ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 164 piyada əleyhinə mina, 72 tank əleyhinə mina və 235 partlamamış hərbi sursat aşkarlanıb.

Ramil Əzizov vurğuladı ki elə ərazilər var ki həmin yerlərin relyefi minalardan təmizlənmə əməliyyatlarını çətinləşdirir. 

Şöbə müdiri qeyd etdi ki, qarşıdakı aylarda hava şəraitindən asılı olaraq minaların təmizlənməsi üçün texniki vasitələrə daha çox üstünlük veriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.