Ölkə

Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATLARI - VİDEO

8 Sentyabr 2021 13:36
1 Şərh     Baxış: 7 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi müzakirələrə səbəb olub. Yaxınları onların intihar etməsinə inanmır. 

Suda boğuldular, yoxsa intihar etdilər?

Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızı boğulub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində Arifə və Fatimənin meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yeniyetmələrin intihar edib etməməsini onların yaxınları da bilmir. Fatimənin dayısı Vüsal Zeynalov deyir ki, bacısı qızı hətta məktəbə hazırlıq işlərini də görüb.

Baş Prokurorluqdan isə bildirilib ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhərinin İstiqlal küçəsindən keçən Ləki kanalında 2 nəfərin  meyitinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.