Ölkə

Qazaxda yük maşını aşıb, xəsarət alan var

28 Avqust 2021 18:52
0 Şərh     Baxış: 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazax rayonunda yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qazax şəhərində, mərkəzi bazarın yaxınlığında qeydə alınıb.

Minik avtomobilinin firmalardan birinə məxsus kiçik tutumlu yük maşınına çırpılması nəticəsində ikinci nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yola aşıb. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Şamil Əliyev xəsarət alıb. Hadisə səbəbindən avtomobil yolunda bir neçə dəqiqəlik tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.