Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı Türkiyə Səhiyyə İnstitutları Komitəsinin rəhbəri Erhan Akdoğanla görüşüb.
Milli.Az bildirir ki, bu barədə E.Akdoğan öz "Twitter" səhifəsində yazıb.
Qeyd olunub ki, görüş zamanı koronavirusa qarşı yerli "Turkovac" vaksininin sınaqlarının 3-cü mərhələsi ilə bağlı məsləhətləşmələr keçirilib.
Milli.Az