Ölkə

Beyləqanda narkotik alverçisi yaxalandı - FOTO

26 Avqust 2021 11:16
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Aşıqalılar kənd sakini Hüseyn Abbasov saxlanılıb.

Onun üzərində axtarış aparılan zaman 4 ədəd kağız bükülüdə marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə H.Abbasovun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı oradan müxtəlif qablaşdırmalarda 580 qramdan artıq marixuana və elektron tərəzi, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.