Ölkə

Daha bir "patı" əməliyyatı keçirilib, bir nəfər saxlanılıb

16 Avqust 2021 09:48
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beyləqanda "patı" əməliyyatı keçirilib, bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 7 büküm "patı" adlanan narkotik maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.