Ölkə

Dünya koronavirusun daha ölümcül ştammı ilə üz-üzədir: Dəhşətli “Yota” ştammı gəlir

11 Avqust 2021 11:15
5 Şərh     Baxış: 1 932
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikalı alimlər koronavirusun yeni "Yota" ştammı (B.1.526) barədə araşdırma aparıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri "medrxiv.org" portalında dərc olunub. Məlumata əsasən, bu ştammın letallıq dərəcəsi 80%-dən çox ola bilər. 

Alimlər araşdırma zamanı 2020-ci ilin noyabrından 2021-ci ilin aprel ayı ərzində Nyu-Yorkun tibb müəssisələrində əldə edilmiş epidemioloji məlumatları təhlil edib. Belə aydın olub ki, koronavirus B.1.526 ştammı ilə digər variantlarla müqayisədə 15-25% daha sürətlə ötürülür. 

Bununla yanaşı, "Yota" ştammı yoluxmuş şəxsin yaşından asılı olaraq infeksiyadan ölüm nisbətini orta hesabla yarım dəfə artıra bilir. 

Qeyd edək ki, "Yota" ştammı ilk dəfə 2020-ci ilin noyabr ayında Nyu-Yorkda aşkar edilib. Daha sonra B.1.526 ştammı Amerikanın bütün ştatlarında və dünyanın 27 ölkəsində aşkarlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.