Ölkə

Təcavüz olunan qadına psixoloji dəstək göstərilir

14 İyul 2021 12:19
4 Şərh     Baxış: 4 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabad rayonunda döyülərək zorlanan qadına psixoloji yardım verilməsinə başlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələnin komitənin nəzarətində olduğunu bildirib:

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə dəstək mərkəzinin əməkdaşları bir neçə dəfə həmin ailədə olub, uşaq və qadının vəziyyəti ilə yaxından maraqlanıblar. Ana və övladı psixoloji yardıma cəlb olunublar. İstintaq bitdikdən sonra da onlara psixoloji dəstək davam etdiriləcək. Qeyd edək ki, hadisə zamanı uşaq orada olmayıb".

Qeyd edək ki, iyunun 12-si saat 22 radələrində yaşadığı evdə tək olarkən 1977-ci il təvəllüdlü N.M-nı zorlayan həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.