Ölkə

“3-cü doza vaksinasiya ilə bağlı Operativ Qərargah tərəfindən müzakirələr aparılır" - Ramin Bayramlı

2 İyul 2021 13:18
2 Şərh     Baxış: 2 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Növbəti mərhələdə 3-cü doza vaksinasiya ilə bağlı elm adamları, Operativ Qərargah tərəfindən müzakirələr aparılır. Bununla bağlı qərarlar ictimaiyyətə açıqlanacaq".

Milli.Az bildirir ki, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, iki doza vaksin tətbiqindən sonrakı dozanın hansı vaksin olması ilə bağlı da dünyada tədqiqatlar aparılır: "Bununla bağlı bütün statistik tədqiqatlar, elmi araşdırmalar toplanılır və qərarlarımız ictimaiyyət açıqlanacaq. Ölkədə hansı vaksinə tələbat olacaqsa, effektivliyi ilə bağlı daha önə çıxacaqsa, onlar təmin ediləcək. Bu gün bütün vaksinlər təhlükəsizdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.