800 minlik borc məsələsinə aydınlıq gətirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun bağ evində, restoranında və istirahət mərkəzində ustaları işlədərək 800 min manat pulu ödəməməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən mediada yayılan xəbərlərdə qeyd edilib ki, məhkəmə A.Məhərrəmova qarşı iddianı təmin edib və keçmiş rektorun 800 min manatı ödəməli olduğu barədə qərar çıxarıb.
Məhkəmənin yekun qərarı ilə bağlı məlumatı dəqiqləşdirmək üçün A.Məhərrəmovun vəkili Altay Əfəndiyevlə əlaqə saxladıq.
A.Əfəndiyev bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: "Biz çıxış edərək iddiaya etirazımızı bildirdik və arqumentlərimizlə bağlı müvəkkilimin razılığı olmadan geniş açıqlama verə bilmərəm. Hakim zalda iddianın rədd edildiyini elan etdi və sənədlərə də bu formada qeyd edilib".
İddiaya görə, hakim zalda A.Məhərrəmovun əleyhinə qərar qəbul edildiyini bildirsə də, sonradan qərar dəyişdirilib.
Vəkil Əfəndiyev bildirib ki, belə bir halın baş verməsi mümkün deyil və yalandır.
Məhkəmə işi üzrə A.Məhərrəmovla yanaşı Nəbi Ramazanlı adlı şəxs də cavabdeh kimi prosesə cəlb edilib.
Vətəndaş İsmixan Mirzəyevin iddiasına görə, Abel Məhərrəmov Bakıda 4 mərtəbəli villanın pilləkənin, mansardın, qapıların, şəbəkənin (reşyotkanın), "besedka"nın, barın hazırlanması və quraşdırılmasına görə 90 300 manat borclu qalıb.
Sabiq rektora məxsus "Mona Liza" şadlıq sarayında görülən təmir işlərinə görə 55 min manat borc yaranıb. Abel Məhərrəmovun Mərdəkan qəsəbəsindəki bağ evində və Şərifzadə küçəsindəki "Qlobus" bağçasında görülən işlərə görə 65 min borcu qalıb. Xaçmazın Nabran qəsəbəsindəki "El Faro" ailəvi istirahət və əyləncə mərkəzində görülən 186 000 manatlıq işin pulunu ödəməyib.
Yekunda Abel Məhərrəmovun ustalara 800 min manatdan artıq borcu olduğu iddia edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Soğanlı badımcan salatı resepti
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
-
Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Günün qoroskopu: İnsanlarla ünsiyyətiniz bu gün çox uğurlu olacaq
-
Sirxan Məmmədov infarkt keçirdi - (Foto)
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
-
Venesuelada güclü zəlzələ: 1430 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
UFC: Nazim Sadıxov nakautla məğlub olub
-
Səhər yeməyi süfrələriniz üçün praktik ləzzət: Lalanga
-
Britninin oğulları podiumda (Foto)
-
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
-
Qriqori Leps plastik əməliyyatla tanınmaz hala düşdü (Foto)
-
Şamaxıda Ağsu çayı daşdı - hərəkət iflic oldu - (Video)
-
"Zirə" Özbəkistan klubuna məğlub oldu
-
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb
-
Mikki Rurk dişsiz görüntüləndi - (Foto)
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - Yenilənib





