Şəhid ailələri və qazilərlə bağlı yeni kampaniyaya başlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniyaya -"Məşğulluq marafonu"nuna start verilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, möhtəşəm qələbəmizin qəhrəmanlarının - 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, postmüharibə dövründə artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində ən mühüm fəaliyyət istiqamətlərindən biri də şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həll olunmasıdır. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxataran şəhid ailəsi üzvləri və qazilərə həmin vakansiyalar üzrə göndərişlər veriləcək.
"Məşğulluq marafonu"na qoşulan hər bir işəgötürən bununla həm də bir vətənpərvərlik nümunəsi göstərmiş olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada avtobus dayanacağında dava – Gənc eşitmə əngəlli pensiyaçını döydü - (Video)
-
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
-
Bakıda mağazadan terminal oğurlandı - (Video)
-
Rüfət Axundov "Lamborghini"si ilə - (Video)
-
Şuşadan dünyaya mesaj - Heç kim və heç nə əvvəlki deyil!
-
Haluk Levent zəlzələ qurbanları üçün alınan evlərdən milyonlarla dollar mənimsəyib
XƏBƏR LENTİ
-
Rusiyada avtobus dayanacağında dava – Gənc eşitmə əngəlli pensiyaçını döydü - (Video)
-
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
-
Paolo Maldiniyə yeni vəzifə verildi
-
Bakıda mağazadan terminal oğurlandı - (Video)
-
Rüfət Axundov "Lamborghini"si ilə - (Video)
-
Şuşa Media Forumu: Azərbaycan artıq haqlı olduğunu izah etmir, yeni gündəmi özü diktə edir
-
BYD-dən tarixi səhv: Mindən çox avtomobil yanlış model kimi satılıb
-
Mateus Silva "Qarabağ"dan ayrılır? - Qurban Qurbanov qərarını verdi
-
Şuşadan dünyaya mesaj - Heç kim və heç nə əvvəlki deyil!
-
Haluk Levent zəlzələ qurbanları üçün alınan evlərdən milyonlarla dollar mənimsəyib
-
Səfər ayı iyulun 15-də başlayacaq
-
Safurə 4-cü dəfə ana olacaq - (Foto)
-
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda iştirakını əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanıb - (Video)
-
DÇ-2026: Fransa - İspaniya matçını o idarə edəcək
-
"Yura dövrü parkı" filminin aktyoru vəfat etdi - (Foto)
-
Humayla İlhamə Qasımova qol güləşdirdi – Qalib təəccübləndirdi - (Video)
-
56-cı Beynəlxalq Fizika Olimpiadasında Azərbaycan komandası 3 gümüş və 2 bürünc medal qazanıb - (Foto)
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
-
Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb - (Foto)
-
Piyadalar motosikleti aşırıb yaralı sürücünü yolda qoyub qaçdılar - VİDEO
-
Britaniya nəşri Cəlilabaddaki nadir tapıntıdan yazdı
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir
-
"Tarqovu"da əcnəbilərin Azərbaycan mahnısına maraqlı rəqsi - (Video)
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir





