Əlillik üçün göndərişlər bu tibb müəssisələrində veriləcək - Siyahı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və bu sahədə işin keyfiyyətini yüksəltmək məqsədi ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki 163 tibb müəssisəsi müəyyən olunub.
TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, tibb müəssisələrinin siyahısı müəyyənləşdirilərkən onların imkan və potensialı nəzərə alınıb, maddi-texniki baza və kadr resursları yüksək səviyyədə olanlar əlilliyin qiymətləndirilməsi ilə bağlı göndəriş vermək üçün seçilib. Görülən tədbirlər əlillik dərəcəsinin müəyyən edilməsi üçün tibb müəssisəsinə müraciət edən vətəndaşların müayinələrə əlçatanlığını təmin etməyə, keyfiyyətli tibbi xidmətlər əldə etmələrinə xidmət edir.
Sözügedən tibb müəssisələrinin əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müayinəsinə göndəriş vermək hüququ var.
Bu tibb müəssisələrinin Həkim Məsləhət Komissiyaları əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara müavinətlərin müəyyən edilməsi üçün TSEK-ə göndəriş verə bilər. Eyni zamanda sözügedən tibb müəssisələrinə əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinə edilməsi, əlillik səbəbinin dəyişdirilməsi, istehsalatda alınmış zədə və ya sağlamlığın pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri ilə təmin edilməsi üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil etmək səlahiyyəti verilib. Göndərişdəki xəstəlik vəziyyəti əsasında TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir.
Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gənc qadınla görüntülənən 75 yaşlı Məhəmməd Cangörən müxbirə əsəbiləşdi
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
XƏBƏR LENTİ
-
Gənc qadınla görüntülənən 75 yaşlı Məhəmməd Cangörən müxbirə əsəbiləşdi
-
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur
-
Ən faydalı üzüm növü
-
Tünd şokolad ürəyə necə təsir edir?
-
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
Uzaq Şərq küçələrinin ulduzu: Tayland üsulu "Pad Kra Pao" resepti
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
Səyyahlar kütləvi şəkildə çemodanlarına tualet kağızı qoymağa başlayıblar
-
İsti havada rahat yatmağın 8 elmi yolu
-
"Nəsr-2" əməliyyatı: İranın ABŞ-yə raket zərbələri (Video)
-
"Qızlarınıza cehiz verməyin" - Gövhər Rzayeva
-
Günün qoroskopu: Bugünkü qərarlarınız həyatınızın gedişatına təsir edə bilər
-
"Qırmızı onkoloji xəstəliyi məhv edir, ona görə 100 yaşımda qırmızı geyinəcəm”
-
Duran komandasını məğlubiyyətdən xilas etdi
-
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
-
"Çalıkuşu"nun Feridesi Aydan Şener gözəlliyi ilə gənc qızlara meydan oxuyur (Foto)
-
Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
-
Mahir yeni klubuna “Bayatı Şiraz” sədası ilə keçdi (Video)
-
İordaniyada ABŞ bazasına hücum - 2 hərbçi öldü, 1-i itkin düşdü
-
Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
-
Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır
-
"Azı 40 manat xərcləyirsən" - Elməddin Cəfərov
-
Moskvaya kütləvi PUA hücumu: 61 yaralı var - (Video)





