Ölkə

Sabah Bakı-Sumqayıt qatarı bu qrafiklə işləyəcək

27 May 2021 14:16
Baxış: 1 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

28 may tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.

Azərbaycan Dəmir Yolları QSC-dən Milli.Az-a verilən məlumata görə, həmin gün hər iki xətt üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:

Bakı-Pirşağı-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.