Ölkə

Ermənilər Hadrutda 900 yaşlı Şərq çinarını niyə kəsməyiblər? - VİDEO

30 Aprel 2021 16:04
Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərimizdə araşdırmalar aparılarkən düşmənin həmin yerlərdə xeyli ekoloji cinayətlər törətdiyi də üzə çıxır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ərazilərdə qarış-qarış araşdırmalar aparıb dəymiş zərəri hesablamaqla yanaşı, ekoloji zərərləri aradan qaldırmaqla da məşğuldur. Növbəti səfər zamanı nazirlyin əməkdaşları Füzuli və Xocavənd rayonlarında ağac əkib və çay hövzələrinə müxtəlif növ balıqlar buraxıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Füzuli rayonunda işğal dövrünədək meşə fondunun ümumi sahəsi 124 hektar olub. Bunun da 108 hektarını meşəlik ərazilər təşkil edib. İşğal dövründə mənfur düşmən 57 hektar meşə sahəsini məhv edib.

Rayon zəngin təbiəti ilə yanaşı, faydalı qazıntıları ilə də həmişə seçilib. Dövlətyarlı kəndi də bu baxımdan geniş imkanlara malik olub...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdri Şahin Ataşov deyir ki, işğaldan azad edilmiş ərazilərimizdə 167 ədəd filiz, qeyri-filiz və inşaat materialları yatağı qeydə alınıb.

Nazirliyin əməkdaşları Füzuli rayonunda bioloji müxtəlifliyi artırmaq üçün çay hövzələrinə müxtlif növ balıqlar da buraxdılar.

Köndələnçay su anbarı yaxınlığında müxtəlif növ ağaclar da əkildi.

Xocavənd rayonunun Hadrut qəsəbəsində yaşı 900 il olan nəhəng Şərq Çinarına baxış keçirməklə bir günlük səfər başa çatdı. 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən turistik məqsədlə istifadə olunub.

Bunu Ekologiya və təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. O bildirib ki, bu qədim ağacın diametri 450 santimetr, hündürlüyü isə 40 metrdir:

"Xocavənddə bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq çinarın kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki, hamısı kəsilib, yandırılaraq məhv edilib. Hadrutda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu, onu deməyə əsas verir ki, ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta 2000 ilə yaxın yaşı olan təbiət abidələrini - ağacları məhv ediblər. Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan belə tarixi ağacların isə yalnız pöhrələri qalıb. Burada məqsəd mənfur düşmənin həmin ərazilərdə azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər".

Əməkdaşımız Ramal Abdullayev də prosesi izləyib. İndi onun hazırladığı süjeti təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.