Ölkə

Azərbaycanda da Türkiyədəki kimi tam qapanmalar olacaq? - AÇIQLAMA

27 Aprel 2021 13:26
Baxış: 3 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda indiki dövrə olan məhdudiyyətlərin, əhalinin qorunma tədbirlərinə riayət etməsi hesabına yoluxma sayında ciddi artım müşahidə olunmur".

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, vaksinasiyaya göstərişi olan şəxslərin qısa müddətdə vaksinasiya olunmaları COVİD xəstələrinin ağırlaşmalarının qarşını alacaq:

"Məktəblərə, təhsil müəssisələrinə qoyulan məhdudiyyətlər, qapanmalar düşünürəm ki, yoluxma sayının artmasının ciddi şəkildə qarşısını alıb. Ona görə də, hazırda bizim üçün elə bir təhlükə yoxdur. Amma yenə də bu, insanları rahatlatmamalıdır. Yoluxma sayının stabil rəqəmlərdə qalması insanları aldatmamalıdır. Yenə qorunma qaydalarına əməl etməkdə davam etməliyik. Maska, əl gigiyenası, sosial məsafə və qapalı məkanlardan uzaq olmaq kəskin yoluxmanın qarşısını almaq üçün ən mühüm qorunma qaydalarımızdır. 

Təbii ki, vaksinasiyaya göstərişi olan şəxslərin də qısa müddətdə vaksinasiya olunmaları xəstəliyin ağırlaşmalarının və ölüm səviyyəsinin enməsinə, stasionar yatışlara ehtiyacın azalmasına səbəb olacaq.

Hazırda Azərbaycanda Türkiyədəki kimi tam qapanmalara ehtiyac olmadığını düşünürəm".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.