Ölkə

“Yaşıl Marafon” çərçivəsində Şəmkirdə ağac tingləri paylanılıb - FOTO

12 Aprel 2021 10:06
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində Şəmkirdə əhaliyə ağac tingləri paylanıb.

IDEA İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, aprelin 10-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Şəmkirdə yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib.

Sözügedən tədbir zamanı tinglərin paylanması ilə yanaşı, vətəndaşlara ağacların düzgün əkilməsi, suvarılması və qulluq göstərilməsi qaydaları da izah olunub.

Qeyd edək ki, "Yaşıl Marafon" layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində 1 milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.