Ölkə

Bir ay əvvəl xəsarət almış hərbi qulluqçumuz bu gün vəfat edib - YENİLƏNİB

25 Mart 2021 18:37
Baxış: 2 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:37

Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

----------

14:42

Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər şəhid olub.

Milli.Az bildirir ki, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu bu gün şəhidlik zirvəsinə ucalıb.

Ə. İsmayılov bu gün dəfn olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.