Ölkə

Bakıda "Galendewagen" aşdı - ANBAAN VİDEO

13 Fevral 2021 13:21
Baxış: 1 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb.

Milli.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə günün axşam saatında, paytaxtın İstiqlaliyyət küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Galendewagen" markalı avtomobilin sürücü Niyazi küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində dönən zaman idarəetməni itirib.

Ardınca qarşı yolda dayanan bir neçə avtomobilə çırpılaraq aşıb. Hadisə nəticəsində sürücü yüngül xəsarət alsa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sərt döngədə yüksək sürətlə hərəkət etmək analoji qəzaların əsas səbəblərindəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.