Ölkə

Metro fevralın 15-dən fəaliyyətə başlayır? - Nazirlər Kabinetindən AÇIQLAMA

13 Fevral 2021 00:30
Baxış: 5 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 1-dən etibarən ölkə ərazisində orta məktəblərdə ibtidai siniflər üçün tədris bərpa olunub. Fevralın 15-dən isə ali məktəblərdə praktik əyani təhsil alan tələbələrin, orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlanacaq ki, bu da paytaxtda sərnişin sayını daha da artıracaq.

Bakıda hələ də metronun fəaliyyətinin bərpa edilməməsi iki gündən sonra avtobuslarda ciddi sərnişin sıxlığı ilə müşahidə edilə bilər ki, bu da yollarda və ictimia nəqliyyatda vəziyyəti xaos həddinə çatdırcaq. Problemin aradan qaldırılması üçün karantin rejiminin qaydalarına əməl etməklə metropolitenin fəaliyyətini bərpa etməsi məsələsi son günlər gündəmdən çıxmır.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Metronun açılıb-açılmayacağı ilə bağlı heç nə deyə bilmərəm. Mən rəsmi qərar olarsa, onu deyəcəm. Bu barədə hələlik heç bir şey deyə bilmərəm" deyib.

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.