Ölkə

"Toylara icazə verməyin vaxtı çatıb" - Tanınmış həkim

9 Fevral 2021 11:10
Baxış: 10 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya ilə bağlı bir ildir ölkədə toylar qadağan olunub. Amma vəziyyətdən başqa çıxış yolları da mövcuddur. Məsələn, müəyyən say məhdudiyyəti (50-100 nəfər) tətbiq etməklə gənclərin, valideynlərin arzusuna çatmasına nail olmaq olar.

Bunu Milli.Az-a açıqlamasında həkim-nevroloq, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü Qalib Əsədov deyib.

O bildirib ki, toy təkcə pozitiv emosiya mənbəyi yox, həm də minlərlə insanın gəlir mənbəyi, iş yeridir:

"Hazırda restoranların şou zallarında istənilən qədər yad adam bir yerdə toplaşır. Canlı musiqi də var. Bəs onda niyə ən yaxın qohumların iştirakı ilə müəyyən şərtlər daxilində bu şad günü keçirməyə icazə verilməsin axı? Hətta toy olmasa belə gəlinin evdən vağzalı sədaları altında çıxmasına qadağa var. Qızın gəlinlik paltarı geyinməsi az qala cinayət hesab edilir. 

Düşünürəm müvafiq qurumlar toylarla, onun keçirilmə qaydası ilə bağlı yaranmış boşluğu tezliklə aradan qaldırmalıdırlar. Cəmiyyətdə neqativ əhval-ruhiyyə getdikcə artır. İnsanlar dalaşmağa bəhanə axtarır. Toy təkcə pozitiv emosiya mənbəyi yox, həm də minlərlə musiqiçi, aşpaz, ərzaq məhsulları tədarük edən kiçik və orta sahibkarlar, dərzilər, ustalar, gözəllik salonları, qabyuyan, fəhlələr və s sənət sahibləri üçün həm də gəlir mənbəyi, iş yeridir. Karantin qaydalarına əməl etməklə müvafiq say məhdudiyyəti tətbiq etməklə toylara icazə verməyin vaxtı çatıb. Yad adamlarla canlı musiqi olan məkanlarda oturmağa icazə verildiyi halda, yaxın qohum-əqraba ilə buna qadağa qoyulmasını absurd hesab edirəm".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.