Ölkə

Hirkan milli parkında "açıq qapı" günü keçiriləcək - FOTO

7 Fevral 2021 10:43
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hirkan milli parkında "açıq qapı" günü keçiriləcəkHirkan milli parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda "açıq qapı" günü keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

Bu barədə Milli.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Lənkəran, Astara və Lerik rayonlarının ərasizini əhatə edən Hirkan milli parkı endemik və üçüncü dövrə mənsub olan qədim mənşəli bitki örtüyünə malikdir. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olacaq və Xanbulan gölünə açılan unikal mənzərəni seyr edə biləcəklər.

Qeyd edək ki, Hirkan milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.