Ölkə

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

2 Fevral 2021 17:34
Baxış: 5 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223807 nəfər müalicə olunaraq sağalıb, 3141 nəfər vəfat edib, aktiv xəstə sayı 3507 nəfərdir.

Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.