Ölkə

DİQQƏT! Belə elanlara ALDANMAYIN - Pulunuz da gedəcək... - FOTO

19 Yanvar 2021 15:50
Baxış: 2 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elan saytlarında və sosial şəbəkələr vasitəsi ilə kirayə mənzillərlə bağlı elanlar bir çox hallarda düzgün olmur".

Bunu Milli.Az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, elan saytlarına, sosial şəbəkələrə hər hansı bir mənzilin şəkilini yerləşdirib vətəndaşları aldadırlar:

"Vətəndaşlar bəzən elandakı nömrələrə zəng edəndə beh üçün saxta kart nömrəsi onlara göndərilir, sonra həmin nömrəyə zəng edəndə "təyin olunmayıb" eşidir. Belə hallarla kim rastlaşırsa mütləq hüquq-mühafizə orqanlarına müraciət etsin. Belə dələduzluq hallarını çox eşidirik. Amma istənilən halda vətəndaşlar diqqətli olmalıdırlar. Əgər elə elanla rastlaşırlarsa, həmin elan sahibindən həmin evin real şəkillərini, sənədlərini, çıxarışdırsa çıxarışın şəkillərini tələb etmək hüququna malikdirlər. Amma yenə də kart vasitəsilə beh ödənişi edilməməlidir. Ödənişi elə-belə yox, müqavilə əsasında etməlidirlər.

Dövlət o zaman icarədarla kirayə arasında müqaviləni tanıyır ki, notarius vasitəsilə o müqavilə qeydiyyatdan keçmiş olsun. Əgər o qeydiyyatdan keçmirsə, müqavilə vasitəsilə o tanınmırsa, icarədarla kirayə arasında olan sövdələşmə sabah onlar məhkəməyə düşmüş olsalar belə o zaman məhməkə onların sövdələşməsini tanımayacaq. Çünki aralarında hüquqi sənəd olan müqavilə imzalanmayıb. Yalnız müqavilə imzalandığı təqdirdə onun hər hansı bir hüquqi qüvvəsi olur.

Bir çox hallarda verilən elanlar rieltorlar tərəfindən verilir. Biz monitorinq aparanda olur ki, zəng edirik ki, "Elana bu qiymətə ev qoymusunuz. Doğrudanmı, göstərə bilərsinizmi ki, o ev haradadır?". Onlar yaxalarını kənara çəkmək üçün yalandan deyirlər ki, o ev satılıb, yaxud kirayə verilib. Məsəl üçün, hər hansı bir müştəridən bu evi ucuz qiymətə almaq üçün saxta elanlar yerləşdirilməsi halları da olur. Yəni, bu birbaşa rieltorlar tərəfindən həyata keçirilir. Saxta elanlar yerləşdirilir və süni şəkildə bazara təsir etmək üçün bu addım atılır. Müştəri cəlb etmək üçün hər hansı bir mənzilin şəkilini qoyurlar. Bu hallara da sosial şəbəkələrdə, elan saytlarında rast gəlinir. 

Digər bir tərəfdən bu elan saytlarının rəhbərləri də bu məsələlərdə diqqətli olmalıdırlar. Düzdür bir telefon nömrəsindən bir neçə elanın qəbul edilməsinə limitlər var. Amma bir çox hallarda eyni foroşəkilli, eyni məzmunlu elanlar bir neçə qiymətdə təqdim edilir. Baxa bilərsiniz ki, Tap.az saytında, "Yeniəmlak" saytında bir qiymətə, Bina.az-da da bir qiymətə. Özü də eyni şəkilli, eyni məzmunlu elanlardır. Bu, sırf bazara təsir etmək üçün edilən manipulyasiyadır. Doğrudur, biz bunun monitorinqini aparan zaman rieltorlardan soruşuruq, onlar deyir ki, biz öz faizimizi oradan çıxırıq, güya. 

Vətəndaşlar diqqətli olmalıdırlar. Bilməlidirlər ki, elan saytları, sosial şəbəkələr vasitəsilə verilən elanlara inanıb, onlara pul ödəmək qətiyyən olmaz. Sırf müqavilə bağladıqdan sonra o vəsait ödənilməlidir".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.