Ölkə

Bakıda aramsız yağışlar 15 qoyunu öldürdü - VİDEO

27 Dekabr 2020 15:51
Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda son günlər yağan aramsız yağış nəticəsində torpaq sürüşməsi olub, daş hasar uçaraq böyük tələfata gətirib çıxarıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, dekabrın 26-da Suraxanı rayonu, Zığ qəsəbəsində yağış suları nəticəsində sürüşmə baş verib və təxminən 15 metr uzunluğunda daş hasar aşaraq küçəyə dağılıb.

Bu zaman hasar küçə ilə öz qoyunlarını aparan qəsəbə sakini Məmmədov Ramiz Sayyab oğlunun üzərinə doğru aşıb. R.Məmmədov dağıntılar altında qalmaqdan xilas olsa da, onun 15 qoyunu aşan hasarın altında qalaraq tələf olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.