Ölkə

Şəhid ailələri və müharibə iştirakçılarının hüquq və imtiyazları barədə bütün suallar bir ünvanda

18 Dekabr 2020 12:14
Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Postmüharibə dövründə aktual mövzulardan biri də şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə əlilləri, veteranları və iştirakçılarının sosial təminat hüquqları, onlara göstərilən sosial dəstək tədbirləri ilə bağlıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bununla əlaqədar məlumatlılıq səviyyəsinin artırılması, xüsusilə həmin kateqoriyalardan olan vətəndaşların daha rahat şəkildə dolğun məlumatlara malik olmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (sosial.gov.az) "Şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək" adlı yeni bölmə yaradılıb.

Bölmədə şəhid ailələri, müharibə əlilləri, veteranları və iştirakçılarına müvafiq statusların verilməsi qaydası, onların malik olduqları imtiyaz və sosial təminat hüquqları, sosial vəziyyətlərinə uyğun olaraq göstərilən dəstək tədbirləri və s. barədə məlumatlar təqdim edilir. Bu hüquqların təminatı, sosial dəstək tədbirləri ilə əhatə olunmaq üçün prosedurlar da diqqətə çatdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.