Ölkə

“ARB Media Qrup” Şəhidlərimizin xatirəsini yad edib - VİDEO - FOTO

4 Dekabr 2020 17:21
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını ölkənin ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Milli.Az xəbər verir ki, "ARB Media Qrup" kollektivi də şəhidlərimizi fəxrlə anıb.

Həmin an yoldan keçən avtomobillər telekanal kollektivinə qoşularaq dayanıb və hər zaman olduğu kimi, birlik nümayiş etdirilib.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 hərbi qulluqçusu şəhid olub. DNT analiz metodu ilə 103 hərbi qulluqçunun şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100-dən artıq hərbi qulluqçumuz isə itkin düşüb. 1245 hərbi qulluqçumuzun müalicəsi isə davam etdirilir.

Allahdan bütün şəhidlərimizə rəhmət və yaralı hərbçilərimizə isə şəfa diləyirik!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.