Ölkə

Yağış Bakının bəzi küçə və prospektlərində sıxlıq yaradıb, avtobuslar gecikir - FOTO

16 Noyabr 2020 18:07
Baxış: 2 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qeyri-sabit hava şəraiti Bakıda bəzi küçə və prospektlərdə sıxlığa səbəb olub.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, müşahidə olunan sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var:

"Sıxlıq əsasən R.Behbudov küçəsi, H.Əliyev prospekti kənar yollar hər iki istiqamət, Q.Qarayev prospekti Dakar dairəsi, Tbilisi prospekti hər iki istiqamət, A.Bakıxanov küçəsi, Ü.Hacıbəyov küçəsi, Z.Bünyadov prospekti hər iki istiqamət və Moskva prospektində yaranıb. Yağışlı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçılarından ehtiyyatlı olmağı xahiş edirik. Mümkün qədər yollarda avtobusların hərəkət şərait yaradılmasını xahiş edirik".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.