Ölkə

7 noyabrdan etibarən 2 şəhər və 8 rayonda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq

6 Noyabr 2020 15:11
Baxış: 4 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

7 noyabrdan etibarən 2 şəhər və 8 rayonda  ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Milli.Az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarının sərtləşdirilməsi haqqında qərarında bildirilib.

Qərara əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində nəqliyyatın fəaliyyəti tam dayandırılacaq. 

Qeyd edək ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.