Ölkə

Peyvənd də bu şəxsləri koronavirusa yoluxmaqdan xilas edə bilməyəcək?

23 Oktyabr 2020 10:34
Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaksinasiya hər il dünyada qrip, difteriya, qızılca, tetanus kimi ağır xəstəliklərə görə 2-3 milyon ölüm halının qarşısını alır.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, vaksindən, ilk öncə, risk qrupuna daxil olan şəxslər yararlanacaq:

"Hazırda 20-dən çox ağır xəstəliklərə qarşı vaksin mövcuddur. Həmçinin bütün dünyada COVİD 19-dan vaksin hesabına qorunmaq üçün çox ciddi işlər görülür. COVİD 19 əleyhinə 100-dən çox vaksin öyrənilməkdədir. Bu vaksinlərdən bəziləri insanlar üzərində sınaqdan keçirilmə mərhələsindədir. Etibarlı bir vaksin tapıldıqda bütün dünya əhalisinin bərabərhüquqlu şəkildə vaksindən istifadəsi COVAX (Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılmış platforma) tərəfindən təmin ediləcəkdir. Vaksindən ilk öncə COVİD 19 üçün risk qrupuna daxil olan şəxslər, tibb personalı, baxım evlərində çalışanlar faydalancaqdır.

COVİD 19-a görə risk qrupuna 65 yaş və yuxarı şəxslər, qocalar evində və ya baxım evlərində yaşayan şəxslər, xroniki xəstəliyi olan hər yaşdan olan şəxslər, xroniki ağciyər xəstəliyi, orta və ağır astması olan şəxslər, ciddi ürək xəstəlikləri olan şəxslər, immun çatışmazlığı olan şəxslər, xərçəng xəstələri, ciddi piylənməsi olan şəxslər, diabet xəstələri, dializ xəstələr, xroniki böyrək xəstəliyi olan şəxslər, ağır qaraciyər xəstəliyi olan şəxslər daxildir. Vaksinə əks göstəriş vaksin tam hazır olduqdan sonra müəyyənləşəcəkdir. Yalnız vaksinin tərkibi tam müəyyənləşdikdən sonra COVİD 19 əleyhinə vaksinin kimlərə istifadə olunmaması haqqında fikir bildirmək olar".

Qeyd edək ki, immun çatışmazlığı olan insanlarda anticism istehsalı ilə bağlı problemlər müşahidə olunur, bu səbəbdən koronavirusa qarşı peyvəndin, həqiqətən, onlar üçün təsiri olmaya bilər. Bunu rusiyalı virusoloq Anatoli Altşteyn deyib. O bildirib ki, bu, sağlamlıq vəziyyətindən deyil, orqanizmin heç kimin bilmədiyi xüsusiyyətlərindən asılıdır. Altşteyn anticismlərin yaşlılarda, stress altında olanlarda, iltihab əleyhinə dərmanlar qəbul edənlərdə və spirtli içki içənlərdə zəif istehsal olunduğu barədə məlumatlara şübhə ilə yanaşdığını qeyd edib.

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.