Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusa yoluxan şəxslərdə sonradan bir sıra fəsadlar, o cümlədən əqli inkişafda problem yarana bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu REAL TV-yə müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva bildirib.
O qeyd edib ki, lakin bu, hər bir yoluxanda müşahidə edilmir, belə halların rastgəlmə faizi aşağıdır:
"Bəzən deyirlər ki, koronavirus ağciyərləri zədələyir, amma əslində bu virus bütün orqanların fəaliyyətinə - qan-damar, sinir sisteminə təsir edə, müqavimət sistemini poza bilər. Bu virusun o qədər geniş spektrli kliniki simptomları var ki, demək olmaz ki, bu şablon əlamətlər hər xəstədə koronavirusa aiddir. Asimptomatik koronavirusdan ən ağır gedişli koronaviruslara qədər rast gəlirik. Müşahidə olunan əlamətlərə əzginlik, əzələlərdə döyülmə hissinin olması, adi qrip, soyuqdəymə, tərləmə əlamətləri, boğaz ağrıları, temperatur və s. aid ola bilər. Lakin bir çox "COVID" xəstələrində temperatur müşahidə edilmir. Hər hansı qeyri-adi simptomun ortaya çıxmasına görə diqqəti daha da artırmalı, insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar".
G.Əliyeva bildirib ki, bu virus yayılan ilk dövrlər daha çox yaşlı insanları zədələyirdi. Lakin hazırda yaşlılar, xəstəliyi olanlarla yanaşı, heç bir xəstəliyi olmayan insanlar da "COVID"ə yoluxur:
"Uşaqlar xəstəliyi yüngül keçirdiklərindən heç kim onlara fikir vermirdi, onlar get-gedə yaxınlarını da yoluxdururdular. Əvvəllər daha çox yanaşı xəstəliyi olanlar bu virusa yoluxurdusa, artıq faktlar göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insan da zədələnə bilər. Sadəcə həmin insanın bir faktoru, məsələn, xroniki yorğunluq, düzgün qidalanmama və sair olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dənizdə batan tələbələrin fotosu
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
XƏBƏR LENTİ
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır - (Tam çıxış)
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür





