Ölkə

Dövlət orqanlarının saytlarının yaradılmasına dair tələblər təsdiqləndi: Dil normalarına riayət olunmalıdır

16 Sentyabr 2020 20:31
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Nazir Əli Əsədovun imzaladığı müvafiq Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"ə aşağıdakı məzmunda 8.4-cü bənd əlavə edilir:

"8.4. Dövlət orqanının internet informasiya ehtiyatında dövlət dili normalarına riayət olunması təmin edilməlidir.".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.