Ölkə

DİM sədri valideyn və abituriyentlərə müraciət etdi

8 Sentyabr 2020 15:20
Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Valideynlər və abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs ixtisas seçimi mərhələsində öz ixtisaslarını özü seçsin.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, qəbul kampaniyası çox vacib mərhələyə - ixtisas seçiminə çatıb: "İxtisas seçimi ilə bağlı artıq iki jurnal çap edilib. Valideynlərə və abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri cəlb edirlər. Sosial şəbəkələrdə müəyyən qruplar formalaşdırılaraq kimlərəsə ixtisas seçimi ilə bağlı yardım təklif edirlər. Bu, çox yanlış üsuldur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.