Ölkə

Sumqayıtda iki minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

6 Sentyabr 2020 17:08
Baxış: 2 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

17:08

Sumqayıtda "Mercedes" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı  və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və  2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı,  Əlizadə Rövşən Babək oğlu,  Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

----------

16:51

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.