Ölkə

Hazırda paytaxtın bu yollarında ciddi sıxlıq var - Avtobuslar gecikir

4 Sentyabr 2020 19:46
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a bildirilib ki, H.Əliyev prospekti şəhər istiqamətində kənar yolda və Ş.İ.Xətai prospektindən H.Əliyev prospekti istiqamətində ciddi sıxlıq var. Sıxlıq səbəbindən qeyd olunan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr yaranıb. Hazırda H.Əliyev prospekti şəhər istiqaməti kənar yolda 15-dən artıq avtobus sıxlıqda qalıb.

Həmçinin, Z.Bünyadov prospektinin hər iki istiqamətində sıxlıq var. Burada da həm müntəzəm, həm də ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.