Ölkə

İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz - TƏBİB

21 Avqust 2020 18:14
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan hazırda peyvənd istehsalı ilə məşğul olan şirkət və beynəlxalq təşkilatlarla danışıqlar aparır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, peyvəndin istehsalı asan deyil: "Bu bir məsuliyyətdir. İstehsal olunan hər peyvənddən istifadə etmək olmaz. Bizim üçün peyvəndin hazırlanması əsas deyil, həmin peyvəndin necə təsiridir. Peyvənd xəstəliyi sağaltmaqla yanaşı immunitet yaratmalıdır. Ona görə də bu prosesin tez bir zamanda əldə olunması mümkün deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.